Xəzər rayonunda intellektual oyunun qalibləri istirahətə göndərilib
Xəzər Rayon Gənclər və İdman İdarəsi və ATİAHİ Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə gənc müəllimlər arasında "Breyn-rinq" intellektual oyunu keçirilib.
İyunun 11-12-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə oyunun qalib komandalarının üzvləri Qusar rayonuna istirahətə göndəriliblər.
Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon komitəsinin sədri Həzəlxan Əbilov, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vəli Vəliyulla, məktəb direktorları, gənc müəllimlər və fəal gənclər də iştirak ediblər.