Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində Bakının Xəzər rayonun 234 №-li tam orta məktəbin X sinif şagirdi Ləman Samiyeva qaliblərdən biri olub.
Bu münasibətlə o, ATİAHİ Xəzər rayon komitəsi tərəfindən 200 manat pulla mükafatlandırılıb.
Görüşdə Ləman təbrik olunub, ona gələcək fəaliyyətində və təhsil sahəsində uğurlar arzulanıb.