Xəzər rayonunda dama yarışması keçirilib

Xəzər rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təhsil işçiləri arasında dama yarışması keçirilib.

ATİAHİ Xəzər rayon komitəsinin təşkilatçılığı ilə baş tutan yarışmanın açılışında çıxış edənlər Ulu Öndərin siyasi fəaliyyətindən, xalqımızın və dövlətimizin həyatında gördüyü taleyüklü işlərdən, xilaskarlıq missiyalarından danışıblar. Bildirilib ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.

Çıxışlardan sonra yarışmaya start verilib. Gərgin və maraqlı keçən yarışmanın qaliblərinə Xəzər rayon komitəsi tərəfindən diplomlar və hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo