Xəzər rayonunda bilik yarışması keçirilib


ATİAHİ Xəzər rayon komitəsinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə “Breyn-Rinq” intellektual bilik yarışması keçirilib.

Gənclərin intellektual səviyyəsinin yüksəlməsi və dünyagörüşünün artırılması məqsədilə təşkil edilən yarışmanın açılış mərasimində çıxış edənlər Azərbaycanın müstəqillik tarixindən, bu yolda xalqımızın apardığı milli-azadlıq mübarizəsindən, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi yolunda gördüyü işlərdən bəhs ediblər.

Sonra yarışmaya start verilib. Gərgin və maraqlı məqamları ilə yadda qalan bilik yarışmasının qalibləri Xəzər rayon komitəsi tərəfindən mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo