Xəzər rayon komitəsi tərəfindən qadın müəllimlərə müxtəlif hədiyyələr təqdim olunub
Martın 7-də ATİAHİ Xəzər rayon komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub. 
Tədbirdə rayonun müxtəlif təhsil ocaqlarından qadın pedaqoqlar iştirak ediblər.
Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov bayram münasibətilə qadınları təbrik edib və bildirib ki, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində ölkəmizdə ardıcıl planlı tədbirlər həyata keçirilir: “Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər”.
Digər çıxış edənlər dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadının milli dövlət quruculuğu prosesində fəal iştirakından, Vətənin müdafiəsində fədakarlığından, müqəddəs ana şərəfini uca tutmasından danışıblar. 
Sonda iştirakçı qadınlara qiymətli hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo