5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Xəzər rayonunda təhsil işçiləri arasında stolüstü tennis və mini voleybol yarışı keçirilib. ATİAHİ Xəzər rayon komitəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə rayon komitəsinin sədri Həzərxan Əbilov çıxış edərək Azərbaycanda idmanın inkişafından danışıb. Qeyd edib ki, kütləvi bədən tədbiyəsi və idmanın inkişaf edtdirilməsi həmkarlar ittifaqı təşkilatları tərəfindən də diqqətdə saxlanılır. Xəzər rayon komitəsi hər il bu istiqamətdə müxtəlif yarışlar təşkil edir.
İki gün davam edən yarışların nəticələrinə görə I, II və III yeri tutan komandalara və oyunu idarə edən hakimlərə fəxri fərman və qiymətli hədiyyələr verilib.