Xəzər rayon 322 nömrəli tam orta məktəbdə “Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”mövzusunda tədbir keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 20 avqust tarixli F-416 nömrəli əmri ilə “Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” təsdiq edilib. Tədbir də qeyd edilən əmrin icrasına həsr olunub. ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilovun da iştirak etdiyi tədbirdə məktəbin müəllim-şagird heyətinə partlayış təhlükəsi zamanı davranış qaydaları, partlamamış hərbi sursatlar, minalar və onlardan qorunma yolları ilə bağlı ətraflı məlumat verilib, həmçinin şagirdlər tədbir zamanı qeyd olunan hallarla bağlı, eləcə də ilkin tibbi yardımın göstərilməsi ilə bağlı öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Tədbirdə çıxış edənlər adıçəkilən təhsil müəssisəsində fövqəladə hallarda davranış qaydaları ilə bağlı bilik və bacarıqlarını yüksək qiymətləndiriblər.