216 saylı tam orta məktəbdə Vətən müharibəsi Qəhrəmanı Ramiz Qasımovun ad günü münasibətilə tədbir keçirilmişdir
Fevralın 17-də Xəzər rayonu R.Qasımov adına 216 saylı tam orta məktəbdə Vətən müharibəsi Qəhrəmanı Ramiz Qasımovun ad günü münasibətilə tədbir keçirilmiş və Şəhidin qızı G.Qasımovanın fərdi sərgisi təşkil olunmuşdur. Tədbir ATİAHİ Xəzər rayon komitəsi tərəfindən təşkil edilmişdir. Sərginin açılışında Vətən Müharibəsi Qəhrəmanının keçdiyi döyüş yolundan geniş bəhs edilmişdir. ATİAHİ Xəzər rayon komitəsi tərəfindən şəhid analarina Qarabağımızın müqəddəs rəmzinə çevrilən üzərində Xarı Bülbül gülünün əksi olunduğu kəlağayı hədiyyə edilmişdir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo